Kiçik və böyük yük liftləri

Yük liftləri müxtəlif sahələrdə geniş tətbiq olunur: istehsalat, mehmanxana və restoran biznesində, ambar təsərrüfatı, ticarət, eləcə də, ağır və böyük həcmli yüklərin yuxarı mərtəbələrə qaldırılması lazım olduğu hər bir məkanda. Liftlərin köməyi ilə yüklərin daşınması problemi həll olunur.“Xəzərlift” MMC Sizə müxtəlif növ yük liftlərini əldə etmək imkanını təklif edir – elektromexaniki və ya hidravlik. Bizim quraşdırdığımız liftlərin maksimal yük qaldırma qabiliyyəti 10 tona qədərdir. Siz, liftin ağırlıq qaldırma qabiliyyətini, qapıların hündürlüyünü, növünü (əl ilə və ya avtomatik idarə oluna bilən), kabinin materialını (plastikləşdirilmiş metal, cilalanmış paslanmayan polad) və ölçüsünü, habelə bir çox digər parametrlərini sərbəst şəkildə seçə bilərsiniz. Nəzərə almaq lazımdır ki, yük liftinin qiyməti Sizin seçdiyiniz komplektasiyadan asılıdır, buna görə də qiymət üçün sorğu göndərməklə onu fərdi şəkildə dəqiqləşdirmək lazımdır. Bizim bütün məhsullarımız aparıcı mühəndislərin işləmələrinə uyğun olaraq hazırlanmışdır, məhz buna görə də onlar ən ciddi təhlükəsizlik tələblərinə cavab verir. Bizim xidmətlərimizin kompleksinə liftlərə texniki xidmətin göstərilməsi də daxildir. Biz, Sizin yarana biləcək hər hansı sualınızı telefon vasitəsilə və ya bir başa ofisimizdə cavablandırmağa hazırıq.